Azerbaijan

laden

Inholland Tətbiqi Elmlər Universitetində bakalavr proqramları

Inholland Tətbiqi Elmlər Universitetində hamısı ingilis dilində olmaqla beynəlxalq bakalavr dərəcəsi proqramlarının geniş diapazonunu sizə təklif edirik. Bakalavr dərəcəsi proqramları biznesdən mühəndisliyədək. Proqramlarımız sadəcə dinamik və çox rəqabətli peşəkarlar aləmində mükəmməl idarəetmə perspektivləri təklif etmir, onlar həm də çoxmədəniyyətli mühitdə işləmək üçün lazım olan bacarıqları da təmin edir.
Bachelor programmes

Təhsilin əsas elementləri

Inholland Tətbiqi Elmlər Universitetində tələbə kimi siz həm də zamanınızı mühazirələr, məşğələlər, layihələr, qrupda iş, fərdi çalışmalar, sahə səfərləri və digər tədbirlər arasında bölüşməli olacaqsınız. Siz həmçinin kiçik, gerçək həyati, işlə bağlı problemləri həll edərək çoxmədəniyyətli qruplarda çalışacaqsınız. Bu, böyük bir öyrənmə təcrübəsidir, həm şəxsi, həm də peşəkar səviyyədə.
Why Inholland

Tədris planı

Akademik il sentyabrın ilk həftəsində başlayır və iyun ayının ortalarında bitir. Akademik il hər biri 9 həftə olan 4 rübə bölünür. Bakalavr dərəcəsi proqramının iki komponenti vardır: Əsas fənn və məzun ixtisasları. Əsas fənn proqramın özəyidir və təhsilinizin yarısını əhatə edir. Ümumi peşəkar bilik və bacarıqları burada əldə edəcəksiniz. Məzunluq ixtisasları sizə proqramınızın son iki ilini şəxsi maraqlarınıza və ambisiyalarınıza uyğunlaşdırmağa imkan verəcək.

Mübadilə proqramları

Inholland Tətbiqi Elmlər Universitetində bizimlə keçirəcəyiniz zaman ərzində bütün dünyada yerləşən 250 partnyor təsisatlarımızdan birində təhsil ala biləcəksiniz. Bir çox seçiminiz var və bu seçimlər günümüzün bazarında bu qədər vacib olan beynəlxalq təcrübə qazanmaq fürsətini verir. Sizin həmçinin fərqli təhsil sistemində təcrübə qazanacaq və bu sistem sizə həyatda fərqli bir perspektiv təklif edir.
Exchange

Stajartırma/İnterna

Təhsilinizin bir hissəsini icbari staj və ya işə yerləşdirmə təşkil edəcək, bu adətən 3-cü kursda olur. Bu sizə imkan verəcək ki, nəzəri biliyinizi əməli təcrübədə həyata keçirəsiniz. Siz stajartırmanızı Hollandiyada və ya xaricdə bir şirkətdə keçə bilərsinizı. Məzun olacağınız zamanadək, siz artıq dəyərli iş təcrübəsini mənimsəmiş olacaqsınız və bu da sizə seçdiyiniz karyerada üstünlük imkanı verəcək.

Məzun olduqdan sonra

Inholland məzunları çox müxtəlif sənaye sahələrində iş tapırlar. Təşkilatın iriliyindən-xırdalığından, özəl və ya səhmdar cəmiyyət, hökumət və ya gəlir gətriməyi nəzərdə tutmayan müəssisə olub-olmamasından asılı olmayaraq orada peşəkar bir menecerə ehtiyac olur. Təhsili bitirdikdən sonra siz müxtəlif şöbə və şirkətləri, həmçinin fərqli ixtisaslı insanlardan ibarət komandaları idarə edə biləcəksiniz.

Abituriyentə tələblər

Inholland proqramlarımızdan birinə yazılmaqdan ötrü siz bizim abituriyentlərə tələblərimizi qarşılamalı olacaqsınız. Ərizə prosesinə başlamazdan öncə dil və diplom tələblərinə cavab verib-vermədiyinizi dəqiqləşdirin.
Admission requirements

Yerləşmə

Inholland Tətbiqi Elmlər Universitetində tələbələrin yerləşdirilməsi imkanları məhduddur. Biz xaricdən gələn tələbələrə qalmaq üçün qısa müddətli yer təklif edirik. Tələbələrə yaşayış yerləşdirmədə bir yeri təmin etməkdən ötrü siz ərizə prosesini tamamlamış və seçdiyiniz tədris proqramına qəbul ediilmiş olmalısınız.
Locations

İngilis dilində bakalavr proqramları haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, bizim Açıq Qapı Günlərimizi ziyarət etmək ən yaxşı üsuldur.
Open Days

Mühazirədə iştirak etmək istəsəniz, Sınaq Tədris Günlərimizin biri üçün qeydiyyatdan keçin. Mühazirəçilər sizdə yarana biləcək hər hansı sualları cavablandırmağa hazır olacaq və sizin də hazırki tələbələr ilə şəxsən danışmaq və onların təcrübəsi haqqında daha ətraslı öyrənmək fürsətiniz olacaq.
Trial Study Days
 
Inholland Tətbiqi Elmlər Universiteti həm də xaricdəki təhsil yarmarkalarında iştirak edir və siz burada bizim nümayəndələrimiz ilə görüş üçün qeydiyyatdan keçə bilərsiniz.
International Fairs